Şeyxdən bütün dünyaya müraciət
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir: “Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturam. Hesab edirəm ki, cahanda elə bir xalq, elə bir din olar bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.
Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini həmişə lənətləyib. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu, misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiyməti almayıb.
Bəşəriyyətin qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq 18 ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməyib, onun baiskarları lənətlənməyib. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz”.
Müraciətdə qeyd olunur ki, bütün dünya hər bir cinayətkarın, terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu sözdə etiraf edir: “Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklər cəzasız qaldığına görə, ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlının doğma yurdlarından didərgin salmış erməni ekstremistləri öz təcavüzkarlıq planlarından əl çəkməyib, qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, maddi və mənəvi terror gerçəkləşdirib, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirib. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlı qətlə yetirmiş erməni terrorçuları daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək ədalətə deyil, erməni lobbisinin maraqlarına üstünlük veriləcək?!
Qəsbkar siyasət yeridən erməni ekstremistləri cəzasız qalmalarından ruhlanaraq, qəsb etdikləri torpaqları işğal altında saxlayır, atəşkəsi mütəmadi olaraq pozmağa cəhd edir, sülh danışıqları prosesində konstruktivlik görüntüsü yaradaraq beynəlxalq ictimai rəyi aldadır və problemin həllinə bilərəkdən yubadır. Dünya ictimaiyyəti sayıq olmalı, erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmalıdır.
Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Üzümü dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına tutaraq, Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram.
O Bir Olan Yaradan müqəddəs dəyər olan insan həyatına edilən qəsdə göz yumulmasını heç zaman bağışlamaz. Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin zəfər çalmasına nail olmaqdır.
Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqla yardımçı olsun!”

744