“İRƏLİ” Kiyevdə Xocalı konfransına start verdi
Konfransa yüksək rütbəli məmurlar, tarixçilər, politoloqlar, jurnalistlər, ictimai aktiv gənclər qatılıblar
Azərbaycanın “İRƏLİ” İctimai Birliyi və Ukraynanın “Molodejnıy Evropeyskiy Rux” Hərəkatının Kiyev şəhər təşkilatı 20 Fevral 2010 tarixində “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş konfrans keçirib.
“İRƏLİ” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, konfransa yüksək rütbəli məmurlar, tarixçilər, politoloqlar, jurnalistlər, ictimai aktiv gənclər qatılıblar
“Molodejnıy Evropeyskiy Rux”un Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayətin hələ də cavabsız qaldığını təəssüflə qeyd edib və Xocalıya həsr olunmuş şeir söyləməklə gənc həmkarlarını belə bir qəddar cinayətə qarşı mübariz olmağa səsləyib.
Əsirlər boyu Ukrayna xalqının da dəfələrlə soyqırım və faciələrlə üzləşdiyini bildirən “İrəli” İctimai Birliyinin Ukraynadakı təmsilçisi Cavid Hüseynzadə Xocalıya ədalət kampaniyasına qoşulan ukraynalı həmyaşıdlarına minnətdarlığını çatdırıb.
20-ci əsrin ən amansız faciəsi olan Xocalı soyqırımına hələ də hüquqi siyasi qiymətin verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirən “Molodejnıy Evropeyskiy Rux” Hərəkatının fəallarından Xoleç Alesya bununla bağlı beynəlxalq təşkilatlara və dünya birliyinə müraciət etmək üçün imza toplama kampaniyasına qoşulduqlarını söyləyib.
Sonra mərasimə qatılanlar Ukrayna Dövlət Televiziyasının aparıcı jurnalisti Georqi Spasokukotskinin və Azərbaycan Dövlət Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun ssenarisi əsasında çəkilmiş “Qarabağ Tarixin Burulğanında” sənədli filminə baxıblar. Filmdə son iki əsrdə erməni və ermənipərəst qüvvələrin Azərbaycan xalqına qarşı həyata keçirdikləri amansız faciə və soyqırım siyasətindən bəhs olunur.
Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı, Nataliya Rudenko və digər çıxış edənlər Xocalı faciəsinin hələ də cəzasız qalmasını bəşər tarixinin qara ləkəsi adlandırıblar.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş kitablar, disklər və digər materiallar paylanıb.

487