“Premyer” gəmisindəki azərbaycanlılar evə qayıda bilərlər
“Albaniyada saxlanılan «Premyer» gəmisində olan 8 Azərbaycan vətəndaşının vəziyyəti normaldır, evə qayıtmaqları ilə bağlı heç bir məhdudiyyət yoxdur”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. O bildirib ki, Kamboca bayrağı altında üzə gəmi Türkiyə şirkətinə məxsusdur.
Diplomat gəmi ilə əlaqə saxlanıldığını deyib: “Gəmi heyətinin sənədləri özlərindədir, onlar qayıda bilərlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılıb, onlar ərzaqla təmin olunurlar. Hazırla gəminin sahibləri liman rəhbərliyi ilə danışıqlar aparır”.
Diplomat onu da bildirib ki, nazirlik tərəfindən Türkiyədə səfirliyimizə məsələni araşdırmaq tapşırığı verilib. Gəmi üzvlərinin evə qayıtmaq barədə heç bir müraciət etmədiklərini söyləyən Poluxov bir nəfərin ürək problemləri ilə bağlı hospitala yerləşdirildiyini söyləyib.

673