Mətbuat Şurası sədrindən şok açıqlama!
18 fevral 2010 10:30 (UTC +04:00)

Mətbuat Şurası sədrindən şok açıqlama!

Mətbuat Şurasının sədri Əflatun Amaşov bəzi dövlət qurumları ilə bəzi “reket” mətbu orqanların birgə, planlaşdırılmış şəkildə hərəkət etməsindən şübhələnir.

Lent.az-ın verdiyi məlumata görə, Əflatun Amaşov hüquq-mühafizə, vergi, maliyyə və digər dövlət qurumlarını “reket nəşr”lərdə dərc olunan məlumatlar əsasında apardıqları yoxlamalara ehtiyatlı yanaşmağa çağırmasını şərh edərkən bu şübhəsini dilə gətirib.

Mətbuat Şurasının sədri bildirib ki, “Azərbaycan”, “Ədalət”, “İki Sahil”, “Bakı-Xəbər” kimi ciddi qəzetlərə çox az sayda şikayət gəlir: “Ancaq “reket qəzet”lərə gələn şikayətlərin sayı ciddi qəzetlərlə müqayisədə 10 dəfələrlə çoxdur. Digər tərəfdən, ciddi qəzetlərin yazdıqlarına diqqət yetirilmir, ancaq dövlət orqanları “reket qəzet”lərin yazılarına diqqət ayırır, o qəzetlərin yazdıqları əsasında yoxlamalar aparırlar. Bu, bizi narahat edir və bizdə müəyyən şübhələr yaradır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar