Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasına qatılmaq üçün Çexiyaya getdi
16 fevral 2010 15:00 (UTC +04:00)

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasına qatılmaq üçün Çexiyaya getdi

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova fevralın Çexiyanın Praqa şəhərində səfərdədir. Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Fevralın 17-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə, parlamentin Azərbaycanla dostluq qrupunun üzvləri və çexiyalı deputatlarla görüşlər keçiriləcək, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Fevralın 17-dən 20-dək isə nümayəndə heyəti Milli Məclisin deputatları Fəttah Heydərov, Fazil Mustafa və Azay Quliyevlə birlikdə ATƏT-in qış sessiyasında iştirak edəcəklər.

Tədbirdə Əfqanıstanda indiki vəziyyət, ATƏT-in illik sessiyasına çıxarılacaq məsələlər, həmçinin iqtisadi, siyasi mövzular və insan hüquqları barədə müzakirələr aparılacaq.
İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar