İran “Madrid prinsipləri”nə qarşı
16 fevral 2010 12:30 (UTC +04:00)

İran “Madrid prinsipləri”nə qarşı

Dağlıq Qarabağ məsələsinin “Madrid prinsipləri” əsasında həlli İranı qane etmir. Lent.az-ın məlumatına görə, bu haqda “Regnum” agentliyinə müsahibəsində iranşünas erməni, tarixi elmləri namizədi, dosent Qoar İsgəndəryan deyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin NATO yönlü siyasi kursuna dair çıxışına cavab olaraq, İran bildirib: “Bölgədə yalnız buradakı güclər - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran iştirak etməlidir”.

Xatırladaq ki, 2004-2005-ci illərdə Azərbaycan ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi ilə bağlı da fikrilər səslənmişdi. O vaxt Tehran bildirmişdi ki, bu halda Azərbaycana qarşı sərt siyasət yürüdəcək. Daha doğrusu, “İslam Respublikası bu bölgədə Qərb hərbçilərinin iştirakını yolverilməz hesab edir”.

Erməni ekspertin fikrincə, Qarabağla bağlı məsələnin “Madrid prinsipi” əsasında həlli zamanı münaqişə zonasında Qərbin sülhməramlı qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulub: “Bu isə İranla sərhəddə həmin qüvvələrin yerləşdirilməsi deməkdir. İslam Respublikası bölgədə oyunçu olduğunu göstərmək arzusu ilə bunun qarşısını almaq üçün İran Azərbaycan və Ermənistana mövcud münaqişənin həlli bağlı vasitəçiliyini irəli sürür. Bununla İran göstərmək istəyir ki, bölgədəki problemlərin həllinə Türkiyədən az qatılmır”.

“İranın bu istiqamətdə fəaliyyətində rəsmi Yerevan nə qədər maraqlıdır” - sualını cavablandıran İsgəndəryan qeyd edib ki, bölgədə tarazlığın dəstəklənməsi baxımından bu, “məntiqi ola bilərdi”. “Əgər erməni-türk prosesində Türkiyə bölgədə fəallaşıbsa, o zaman İran nədən fəallaşmasın” - deyə, söyləyən erməni ekspert əlavə edib ki, Qarabağ məsələsində “Türkiyə birmənalı şəkildə Azərbaycanı dəstəklədiyi halda, İranın hansı tərəfi müdafiə edəcəyi hələ məlum deyil”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar