“Ermənistan-Fransa hərbi əməkdaşlığı Azərbaycanın təhlükəsizliyini təhdid etsə...”
“Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid etsə və ərazilərimizin işğalının davamına şərait yaratsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, istənilən ölkə digəri ilə hər sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır”.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

703