“Çedok” Dağlıq Qarabağa səyahət təklifini rəsmi internet səhifəsindən çıxarıb
10 fevral 2010 19:30 (UTC +04:00)

“Çedok” Dağlıq Qarabağa səyahət təklifini rəsmi internet səhifəsindən çıxarıb

Çexiyadakı səfirliyimizin səyləri nəticə verib
Bir müddət öncə mətbuatda Çexiyada dərc olunan “Çedok” səyahət toplusunda Dağlıq Qarabağ barəsində qərəzli məlumatların yerləşdirilməsi haqqında yayılan məlumatlarla əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən müvafiq tədbirlər görülüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Çedok” şirkətinə səfirlik məktub göndərib və şirkətin turizm üzrə baş direktoru ilə danışıq aparılıbr.

Şirkətin rəhbərliyinə Çexiya hökumətinin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması bildirilib və şirkətin həm səyahət toplusundan, həm də internet səhifəsindən Dağlıq Qarabağa səyahət təklifinin götürülməsi tövsiyə edilib.

Görülən tədbirlər nəticəsində “Çedok” şirkətinin baş ofisindən verilən məlumatda Dağlıq Qarabağa səyahət təklifinin artıq şirkətin rəsmi internet səhifəsindən götürüldüyü bildirilib və toplunun yeni buraxılışında bu səyahət təklifinin olmayacağı vəd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar