“İsa Qəmbər şou-biznes metodlarından istifadə edir” – MÜSAHİBƏ
Qüdrət Həsənquliyev: “Azərbaycanda Pyotrsayağı islahatlar aparılmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi
- Hazırda müxalifət partiyaları içərisində ciddi şəkildə agent axtarışı başlayıb. Bu prosesi necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, seçki ərəfəsində müxalifətin, fərqi yoxdur özünü real müxalifət adlandırsın, konstruktiv adlandırsın – agent axtarışına çıxmasını qeyri-ciddi qəbul edirəm. Məhz bunun nəticəsidir ki, müxalifət əsas hədəflərdən yayınıb. Bu da ona gətirib çıxarar ki, cəmiyyətin problemləri, bu problemlərin həlli yolunda alternativ platformaların hazırlanıb cəmiyyətə təqdim olunması məsələsində heç bir irəliləyiş olmur. Bununla bərabər ictimaiyyətin də diqqəti əsas problemlərdən yayınır. Kiminsə agent olmasına gəldikdə vaxtilə İsa Qəmbərin öz ünvanına Qurban Məmmədov tərəfindən çox sərt bu tipli ittihamlar irəli sürülmüşdü. Hətta Qurban Məmmədov tələb edirdi ki, qoy onu məhkəməyə versinlər. Həm bu ittihamları, həm də ona verilən cavabları yersiz sayıram. Düşünürəm ki, bu gün cəmiyyətin diqqəti ölkədə köklü konstitusion islahatların aparılmasına yönəlməlidir.
- Səslənən ittihamların arasında hakimiyyətə işləyən partiyaların da olduğu bildirilir və bu sırada Sizin də adınız çəkilir...
- Doğrudur. Mətbuatdakı son yazılarda da, “Yeni Müsavat” qəzetində Fazil Mustafa ilə bir neçə jurnalistin arasında keçirilən debatda da mənim adım çəkilir. Həmin debatda guya kimlərinsə siyasətdə ardıcıllıqsızlığı barədə danışır. Orda iştirak edən gənc jurnalistlər Fazil Mustafanı bəzi məsələlərdə yersiz ittiham edir, hətta mənəviyyat məsələlərinə gedib çıxırlar. Bununla da onlar özlərinin liderlərinin müdafiəsinə qalxırlar və guya hansısa dəyərlər uğrunda mübarizə aparırlar. Bilmirəm Fazil bəy bu debatda nə üçün bəzi məsələlərə toxunmayıb. Həmin gənclərə müraciət edirəm və bilirəm ki, həmin qəzet onlar üçün iş yeridir, indi başqa yerdə iş tapmaq çətindir. Əli Kərimlini tanıyan adam kimi bilirəm ki, o bəzən bu tipli yazıları sifariş verir. Amma qoy onlar əslində ideallaşdırdıqları, guya hansısa dəyərlər uğrunda birgə mübarizə apardıqlarını elan etdikləri liderlərin kimliyini öyrənsinlər. Həmin debatda Elçibəydən çox danışılır. Onlar baxsınlar ki, bu gün kimin yanında işləyirlər, onlar Azər Əhmədovdan cəbhəçiləri həbsə atan o zamankı baş prokuror Eldar Həsənovla əlaqələri barədə soruşsunlar. Bir qədər də Əli Kərimlinin tələbəlik dövrünü araşdırsınlar. Bu yaxınlarda Əli Kərimli “Mən necə sağ qaldım” adlı yazı yazmışdı. O, 20 Yanvar hadisələrində onun yanında maşında olan şəxslərdən birinin adını çəkir, o birini yox. Dediyinə görə Sabir adında bir şəxs olub. Qoy onlar həmin Sabiri tapsınlar, araşdırsınlar ki, əslində o vaxt nə baş verib? Araşdırsınlar ki, Müdafiə Komitəsinin üzvü olmaqla bağlı vəsiqəsi “Krasnıy Zvezda” qəzetində necə çap olunub Bunlardan sonra mənəvi məsələlərə qiymət versinlər. Siyasətdə ardıcıllıqdan danışırlar. Belədirsə, 1991-ci il aprelin 27-də Əli Kərimli nə üçün Xalq Cəbhəsindən istefa verdi? Mən həmin il aprelin 27-ni Azərbaycanın işğal edilməsi günü keçirməklə bağlı məsələ qaldırdım, İdarə Heyətinin 15 üzvündən 9-u məni müdafiə etdi və o tədbiri keçirdik. Amma Əli Kərimli bunun əleyhinə olduğu üçün AXC-dən istefa verdiyini bildirdi. Qəhrəmanlıqdan danışırlarsa, bunu araşdırsınlar. AXCP-nin parçalanması ərəfəsində ADP-nin qərargahında bir qrup cəbhəçi iclas keçirəndə niyə Əli Kərimlinin cəsarəti çatmadı ki, gedib o adamların qarşısında çıxış etsin, Cəbhənin parçalanmasının qarşısını almaq üçün addım atmadı.
- O vaxt partiyada belə bir təklif olmuşdu?
- Mirmahmud Mirəlioğlu, Əli Məsimovgil bir tədbir keçirib AXCP-ni parçalayırdılar. Şəxsən mən təklif etdim ki, get çıxış elə - bu 2000-ci il avqust ayının 19-da olub. Amma onun cəsarəti çatmadı. Mən getdim çıxış elədim. Orada da bir oyun qurdular, guya ki, Əbülfəz bəy həmin tədbirə zəng edib və konfransı dəstəkləyir. Halbuki həmin vaxt Əbülfəz bəy komada idi. Ona görə də mənim də çıxışımın təsiri olmadı. 2000-ci ildə Əli Kərimli İsa Qəmbərin siyasi əxlaqına bələd olan adam kimi necə bir oyun qurdu, AXCP ilə Müsavat seçkilərə bir blokda getməli idi. Amma olmadı. Əvvəl Müsavatı qeydə aldılar AXCP-ni yox. Müsavat müttəfiqliyə xəyanət etdi və sonra AXCP-ni də qeydə aldılar. Seçkilərdə AXCP-yə yer verildi, Müsavata yox. O zaman müqavilə imzalandı ki, AXCP parlamentə getməsin, amma Əli Kərimli sonradan bu müqaviləni pozdu. Bunlar gedib araşdırsınlar ki, əgər ardıcıllıqdan söhbət gedirsə, öz liderləri nə üçün müttəfiqlərinə xəyanət etdi.
Qoy, işlədikləri qəzetin 2000-ci ilə qədər olan nömrələrinə baxsınlar və indiki ilə müqayisə etsinlər. 2005-ci il parlament seçkilərində Əli Kərimli necə oldu ki, müttəfiqlərinə xəyanət etdi və təkbaşına meydanda qalmaq qərarı verdi? Və bu qərardan sonra polis onun başına bir dəyənək vuran kimi dəstənin qabağına düşüb qaçdı. Bu efirlərdən də göründü. Əgər oturaq tətil keçirmək qəbul etmişdisə, hara qaçırdı? Bu qərarı vermişdisə o döyülsə də, öldürülsə də orada qalmalı idi. Bu təxribat kimə lazım idi? Qoy həmin jurnalistlər Lalə Şövkətə sual ünvanlansınlar ki, Əli Kərimliyə xitabən nə üçün «hər şalvar geyinin kişi olmaz» deyirdi. Və yaxud Sərdar Cəlaloğludan soruşsunlar ki, sən nə üçün bir vaxtlar Əli Kərimliyə “iqtidarın maralı” deyirdin. Hələ mən «Yeni Müsavat»da yazılan bir sıra silsilə yazıları dilə gətirmirəm. Yalnız bu suallara cavab tapandan sonra onların haqqı olar ki, kimisə ittiham etsinlər. Vaxt gələcək ki, həmin gənclər indi dəyər adlandırdıqları fikirlərin əslində avantüra olduğunu görəcəklər. Onların lider saydıqları insanlar heç vaxt müstəqil qərar qəbul edə bilməyiblər. Onlar hansısa xarici güclər tərəfindən idarə olunurlar, ya da ölkə daxilindəki kimlərsə tərəfindən. Ona görə də həmin gənclərə tövsiyə edirəm ki, müstəqil siyasətçilərin yanında yer alsınlar və yaxud öz aralarından yeni lider tapıb elan etdikləri dəyərlər uğrunda mübarizə aparsınlar.
- Ümumiyyətlə, müxalifət daxilində hakimiyyətə işləyən partiyalar varmı?
- Mən hər zaman istəmişəm ki, iqtidarla müxalifətin əməkdaşlığı olsun. Siyasi qüvvələr arasında əməkdaşlıq olmasa, o zaman nə ölkədə sabitlik olacaq, nə də milli məsələlərdə bir araya gəlmək mümkün deyil. Amma guya «kimsə agentdir» kimi fikirlər işlətmək doğru deyil. Təəssüf edirəm ki, İsa Qəmbər ranqda olan siyasətçi Milli Təhlükəsizlik Nazirliyinin hansısa əməkdaşını haqqında xoşagəlməz ifadə işlədir. Amma MTN-in hansısa əməkdaşı da partiya sədrinə göstəriş verirsə, bu xoşagəlməz bir haldır. Partiya sədri hökumət üzvləri ilə təmasda olmaq imkanında olmalıdır. Söhbət xarici agenturadan gedirsə, bu araşdırılmalıdır. İsa Qəmbər bildirir ki, xaricə işləyən agentlər var. Amma bu adam başa düşmür ki, müxalifətin əsas işi ondan ibarət olmalıdır ki, hökumət öz vəzifəsini yerinə yetirməyəndə geniş ictimaiyyəti məlumatlandırmalı, məsələ qaldırmalıdır ki, baxın filankəs Rusiyaya işləyir, amma MTN tədbir görmür. Yəni o bu barədə ad çəkməklə ictimaiyyəti məlumatlandırmalıdır. Əslində, sonuncu açıqlamasında İsa Qəmbər dolayısı ilə ad çəkib. Faktiki olaraq İqbal Ağazadənin və Lalə Şövkətin müsahibələri ilə bağlı deyib ki, onun fikirləri hədəfə dəyib. Amma onun borcu idi ki, açıq şəkildə fikir bildirsin. Əslində, bunlar demaqogiyadan başqa bir şey deyil. Onların gündəmdə qalmağının başqa yolu yoxdur. Baxırlar ki, bir qrup şou-biznes adamları qalmaqallar yaradır, bir-birləri ilə bağlı şok açıqlamalar verirlər. Görünür, İsa Qəmbər də bu metodun cəmiyyətdə geniş yayıldığını bildiyi üçün ondan faydalanmaq istəyir. Amma uğursuz bir taktikadır.
- Qeyd etdiyimiz kimi sizə qarşı da ittihamlar var. Siz məqalə yazmaq fikrində deyilsiniz ki?
- Mənin əvvəllər məqalə yazdığım vaxtlar olub, amma praktikada bundan geniş istifadə etməmişəm. Fazil bəy yazdı və öz fikirlərini cəmiyyətə çatdırdı. İndi Əli Kərimli də yazır. Əslində o, universiteti bitirəndən sonra peşəkar jurnalistika ilə məşğul olub. Siyasəti gözdən saldı, indi də gəlib jurnalistikanı gözdən salacaq. Bu onun jurnalistikaya qayıtmasının uğursuz bir cəddidir və inanmıram ki nailiyyət əldə edə biləcək. Ümumilikdə isə siyasətçilərin bəzən məqalə yazmasına normal yanaşıram. Amma burada siyasətçi cəmiyyətdəki problemlərin aradan qaldırılması ilə bağlı fundamental fikirlər ortaya qoymalıdır.
- Parlament seçkilərinə əvvəl Böyük Quruluş partiyasının BAXCP ilə, hazırda isə Ədalət Partiyasının sizinlə birgə getməklə bağlı təkliflər var. Bu təklifləri necə qiymətləndirirsiniz?
- Mən həmişə demişəm ki, belə danışıqlara hazır partiyayıq. Nəinki bəzi partiyalarla seçkilərə birgə gedə bilərik, hətta birləşə bilərik. Hesab etmirəm ki, Azərbaycanda 50-dən artıq partiya olmalıdır, 4-5 partiya kifayətdir. Mən Azərbaycanda Pyotrsayağı islahatlar aparılmasının tərəfdarıyam. Belə islahatlar aparılmasa Azərbaycanda demokratik cəmiyyət qurmaq mümkün olmayacaq. Bizdə siyasi partiyalar ölkənin siyasi həyatında dekorasiya rolunu oynayır. Amma bizə parlament seçkiləri ilə bağlı konkret bir təklif olmayıb.

745