YAP seçki taktikasını açıqladı
10 fevral 2010 15:30 (UTC +04:00)

YAP seçki taktikasını açıqladı

Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində gənclər və qadınlara üstünlük verəcək.


Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Milli Məclisin vitse-spikeri, YAP icraçı katibinin müavini Bahar Muradova açıqlama verib.


O bildirib ki, bu, təmsil olunduğu partiya tərəfindən seçilən taktikadır: “Bizim iştirakımızla keçirilən bütün kampaniyalarda bu taktikaya üstünlük veriləcək”.



Parlament seçkilərində hakim partiyanın nə qədər deputat yeri əldə etmək istəyinə gəlincə, Muradova YAP-ın qələbəyə iddialı olduğunu bildirib: “Biz qələbəyə iddialıyıq və buna nail olacağıq. Deputat yerlərimizin sayını isə seçicilər müəyyənləşdirəcək”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar