Elmar Məmmədyarov üç səfirlə görüşüb
10 fevral 2010 15:00 (UTC +04:00)

Elmar Məmmədyarov üç səfirlə görüşüb

Azərbaycan Serbiyada səfirlik açır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusu qəbul edib. Bu barədə Lent.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd edib. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Cungus Serbiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
Nazir E.Məmmədyarov V.Cungusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin iki ölkələr arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib.

Elmar Məmmədyarov Kanadanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Baileyi də qəbul edib. Etibarnamənin surətini təqdim edən M.Bailey Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

Nazir E.Məmmədyarov Mali Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalini qəbul edib. Etibarnamənin surətini təqdim edən səfir B.Kulibali Mali ilə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün xidmət edəcəyini qeyd edib.

Öz növbəsində nazir E.Məmmədyarov B.Kulibalini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Malinin ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib və Azərbaycanın Mali ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar