Konqresmen Mayk MakMahon Azərbaycan üzrə İşçi Qrupuna qoşulub
08 fevral 2010 19:15 (UTC +04:00)

Konqresmen Mayk MakMahon Azərbaycan üzrə İşçi Qrupuna qoşulub

Konqresmen Mayk MakMahon ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen MakMahon Palatanın Xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür.

Mayk MakMahon Palatanın Nəqliyyat və infrastruktur Komitəsinin də üzvüdür.

Konqresmen MakMahonun İşçi Qrupuna qoşulması ilə birlikdə Qrupun üzvlərinin sayı yenidən 42-yə yüksəlib. Qeyd edək ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar Qrup üzvlərinin sayı 41-ə enmişdi.
# 423

Oxşar yazılar