AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Gəncəyə səfər edib
Andres Henkel və Cozef Debono Qrexin Gəncə şəhər İcra Hakimiyyətində olub
Fevralın 8-də AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Henkel və Cozef Debono Qrexin Gəncəyə səfər edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, həmməruzəçilər Gəncə şəhər İcra Hakimiyyətində olub.
Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovla görüşən AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Gəncə, onun əhalisi, şəhərin inkişafı, problemləri barədə müzakirə aparıblar.
Görüşdən sonra KİV nümayəndələrinə müsahibə verən Andres Henkel bildirib ki, sabah
hüquq mühafizə orqanlarının rəhbərləri, müxalifət partiyaları və QHT nümayəndələri ilə görüşüb, müzakirələr aparacaqlar. “Gəncə qədim və qürur duyulası bir məkandır. Bu səbəbdən, səfərimizi ilk olaraq Gəncədən başladıq. Səfərin nəticələri paytaxtda keçiriləcək mətbuat konfransında açıqlanacaq. Azərbaycana səfərin təfərrüatları, ölkənin inkişafı, problemlərindən isə iyun ayında Avropa Şurası Parlament Assambleyasının hesabat yığıncağında ətraflı söz açılacaq” - deyə, Andres Herkel bildirib.
Vüsalə Cənnətova

451