Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
04 fevral 2010 17:00 (UTC +04:00)

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir

Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə Almaniyaya işgüzar səfəri başlayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin “Tegel” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.
# 303

Oxşar yazılar