İqtisadi Əməkdaşlıq Təşkilatı dirçəldilməlidir
04 fevral 2010 13:45 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı dirçəldilməlidir

Mahmud Məmmədquliyev: “Təşkilatın effektiv fəaliyyət göstərməsi üçün mühüm layihələrin hazırlanmasına ehtiyac var”

2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatında Baş Katiblik Azərbaycana keçəcək. Bu səbəbdən Azərbaycanın bu təşkilata münasibəti olduqca ciddidir.

Lent.az-ın məlumatına görə bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq təşkilatının təmsil olunduğu region çox mühüm üstünlüklərə malikdir: “İlk növbədə bu ölkələrin coğrafi yerləşməsi, ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi mühüm əhəmiyyət daşıyır. Amma hesab edirik ki, bu təşkilatın effektliliyi hələ çox aşağı səviyyədədir”.

Nazir müavini bildirib ki, təşkilatın effektiv fəaliyyət göstərməsi üçün mühüm layihələrin hazırlanmasına ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu təşkilatda ciddi islahatların aparılması tərəfdarıdır və bunu hər zaman açıq şəkildə bəyan edir: “Bu təşkilat 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Əlbəttə, 20 il ərzində müəyyən işlər görülüb. Amma yenə də İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi artırılmalıdır. İnsanlar görməlidirlər ki, doğrudan da belə bir təşkilat var və onun fəaliyyəti nəticəsində hansısa işlər görülür”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar