Qarda hansı partiya sədrləri qərargahdadır? - SORĞU
05 fevral 2010 16:00 (UTC +04:00)

Qarda hansı partiya sədrləri qərargahdadır? - SORĞU

Qarlı-çovğunlu hava Bakıdakı ayrı-ayrı idarə və müəssisələrin, ofislərin də fəaliyyətini dondurub. Bəs siyasi partiyaların qərargahları necə, işləyirmi? Xüsusən partiya rəhbərləri qərargaha gəlibmi? Lent.az-ın sorğusu zamanı bəlli olub ki, qarlı hava şəraiti partiya qərargahlarının işinə də təsir edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Aparatı hazırda işləyir. Bu barədə məlumat verən YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP icra katibi, partiyanın sədr müavini Əli Əhmədovun da iş yerində olduğunu bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə qarlı hava şəraitilə bağlı bu gün qərargaha getməyib. Partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, Müsavatın qərargahında elektrik enerjisi də yoxdur. Ancaq hazırda partiyanın qərargahında bir neçə rəsmi şəxs var.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hazırda qərargahdadır. Partiya sədri Lent.az-ın əməkdaşı ilə söhbətində işçilərin əksəriyyətinin də qərargahda olduğunu bildirib: “Yalnız uzaqda yaşayanlar zəng vurdu ki, gələ bilməyəcəyik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də hazırda qərargahda oturub digər rəsmilərlə bu il keçiriləcək parlament seçkisini müzakirə edir. O, partiyanın yalnız xanım əməkdaşlarının – texniki işçilərin işə gəlmədiyini bildirib: “Düzdür, yaşadığım mənzildə işıq yoxdur. Ancaq partiyada həm işıq, həm də istilik normaldır”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar