Beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəd
İslam Konfransı Təşkilatı Parlament Birliyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyaya dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib
İslam Konfransı Gənclər Forumunun İstanbulda yerləşən Baş Qərargahından verilən məlumata əsasən, bu gün
İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) Konfransının Uqandanın paytaxtı Kampala şəhərində təşkil edilən 6-cı sessiyası öz işini başa çatdırıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF ilə İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə (SSCPE/4-2010/DR/RES.26) qəbul edilib.
İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib.
Qətnamədə “Xocalıya Ədalət ” kampaniyasına tam dəstək ifadə olunaraq, quruma üzv olan 51 dövlətin parlamentindən qırğının “insanlığa qarşı cinayət” kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamənin qəbul edildiyi toplantıda 10-dan artıq ölkənin parlament başçıları, 100-ə yaxın parlament üzvləri, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ermənistanın da üzv oldugu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak edib.
Sənədi şərh edən İKGF Baş Katibi səfir Elşad İskəndərov bildirib ki “qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlıga qarşı cinayət” kimi tanıyan ilk sənəddir. İKT PB öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır: “Bu termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq”.
Qətnamənin qəbul olunması ilə bağlı ideya İKGF Baş Koordinatoru Leyla Əliyeva tərəfindən ötən il Bakıda kampaniyanın milli koordinatorlrarının görüşü zamanı irəli sürülüb və ötən müddət ərzində kampaniyanın İKT ölkələrindəki fəallarının milli parlamentlərinə yönəlmiş lobbiçilik fəaliyyəti nəticəsində uğurla qəbul edilib. Bu prosesə İKGF-nin bir sıra İKT ölkələri parlamentləri və ilk növbədə Azərbaycan Respublikası Milli Məclisi və onu Katibliyi ilə əməkdaşlıgı xüsusi dəstək verib.

561