Vizasız rejimin ilk günü Astara keçid məntəqəsində qələbəlikdi
Azərbaycan vətəndaşlarına İrana yük aparmağa icazə verilmir
Bu gündən etibarən İranla Azərbaycan arasında birtərəfli vizasız rejim qüvvəyə minib, Azərbaycan vətəndaşları İran ərazisində 15 gün ərzində vizasız qala biləcəklər.
Lent.az-ın cənub bölgəsindəki müxbirinin verdiyi məlumata görə, bu gün saat 12:00-a qədər Astara sərhəd nəzarət buraxılış məntəqəsindən 20-yə yaxın Azərbaycan vətəndaşı İran ərazisinə keçib.
Həmin vətəndaşların 3-ü Gəncə, 3-ü Bakı, digərləri cənub rayonlarının sakinləri olub. İrana keçmək istəyən vətəndaşlar bir sıra problemlərlə üzləşdiklərini də bildiriblər. Qeyd ediblər ki, İrana keçmək üçün onlardan sağlamlıqla bağlı müvafiq sənəd tələb olunur. Həmin şəxslərin bəzilərində belə sənəd olmayıb.
Astara rayon sakinləri bununla bağlı öz narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, qan analizinin nəticələri ilə bağlı Lənkərana getmək lazımdır, bu da vaxt və xərc tələb edir. Onlar deyiblər ki, müayinədən keçmək üçün belə bir məntəqə Astarada olsa, yaxşı olar.
Yük daşıma ilə bağlı da sərhəd-keçid məntəqəsində problem müşahidə olunur, çünki Azərbaycan vətəndaşlarına yük daşımağa icazə verilmir. İran sərhəd-buraxılış məntəqəsindən bildirilib ki, İran tərəfə yalnız əl çantası ilə keçmək olar. Bu da vətəndaşlarda narazılıq yaradır, çünki İrana keçmək istəyənlərin əksəriyyəti bu ölkəyə ticarət məqsədi ilə gedir.
Lent.az-ın müxbiri bildirib ki, Dövlət Sərhəd Xidmətinin Astara sərhəd dəstəsinin rəisi bu yöndə sualları cavablandırmayıb və Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.
Pərvanə

594