Deputatdan həmkarına sərt ittiham!
Milli Məclisin bu gün keçirilən iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev həmkarı Elmira Axundovanı “deputatlığa layiq olmayan” adlandırıb. Lent.az-ın xəbərinə görə, Q.Həsənquliyev parlamentin gündəliyində duran məsələlrdən birilə bağlı danışarkən iclas sədrindən başqa məsələyə münasibət bildirmək üçün vaxt istəyib. O, E.Axundovanın parlamentin bu gün keçirilən iclasında – fasilədən əvvəl – Amnistiya Aktının qəbul olunmasına tərəfdar çıxdığını xatırladıb.
Tez-tez Amnistiya Aktının qəbul olunmasının əleyhinə çıxış edən BAXCP sədrinin sözlərinə görə, əfv olunan məhkumlar yenidən sinayət törədir. Q.Həsənquliyev bununla həm də E.Axundovanın birinci hissədə “əfv olunanlardan cəmi 10-15 nəfəri cinayət törədir” fikirlərilə razılaşmadığını bildirib.
“Elmira Axundova həmin adamdır ki, mənim qardaşımı öldürən şəxsin əfv olunmasının istəyir, dəfələrlə onun əfv olunanların siyahısına salınmasına çalışıb. Mən özüm Elmira Axundovaya təklikdə yaxınlaşıb demişəm ki, məsələ belədir, yəni o mənim qardaşımın üç balasını yetm qoyub, özünüzü onun yerinə qoyun. Axı bu düzgün deyil” – deyə, Q.Həsənquliyev bildirib. Çıxışının sonunda isə o, “Elmira Axundova millət vəkililliyinə layiq olan adam deyil” söyləyib.
Xatırladaq ki, Q.Həsənquliyevin qardaşı Nadir Həsənquliyev 2001-ci ildə qətlə yetirilib. Qətli törədən Anar İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji”nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. Hadisədən sonra K İmanov barəsində axtarış elan edilib. A.İsmayılov isə ömürlük həbs cəzasına məhkum olunub.
Pərvin ABBASOV

685