Türkiyə jurnalistləri Azərbaycan parlamentində
01 fevral 2010 15:00 (UTC +04:00)

Türkiyə jurnalistləri Azərbaycan parlamentində

Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə Azərbaycanda səfərdə olan bir qrup jurnalist bu gün Milli Məclisdə olub. Lent.az-ın xəbərinə görə, jurnalistlər azərbaycanlı həmkarlarının iş şəraitilə tanış olub. Həmçinin, parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovla görüşüb.

Onların digər görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə reallaşan səfərin məqsədi PJB-nin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Yanvarın 30-dan başlamış səfərin müddəti 4 gündür.

Pərvin ABBASOV
# 358

Oxşar yazılar