9 qəzet Milli Məclisin adından “reket”çilik edir - SİYAHI
Bunlar “Azərbaycan” qəzeti və “Milli Məclis” jurnalıdır. Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirli bu gün keçirdiyi mətbuat konfransında bildirib. A.Nəsirli deyib ki, adında “parlament” sözü olan müxtəlif qəzetlər ayrı-ayrı şəxslərə və qurumlara müraciət edirlər: “Həmin qəzetlərin hamısı Azərbaycan Mətbuat Şurası tərəfindən “reket” elan olunub. Bir daha bəyan edirəm ki, həmin qəzetlərin heç birinin nə Milli Məclis, nə də Milli Məclis əməkdaşları ilə əlaqəsi yoxdur”.
A.Nəsirli həmin qəzetlərin adlarını da açıqlayıb. Bunlar “Parlament”, “Parlamentin sədası”, “Parlamentin səsi”, “Parlament-2005”, “Azərbaycan parlamenti”, “Parlament və cəmiyyət”, “Parlament xəbəri”, “Millət vəkili” və “Deputatın tribunası” qəzetləridir.
Pərvin ABBASOV

821