Prezident İlham Əliyev Davos Forumunda çıxış edib
İsveçrənin kurort şəhəri Davosda 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Forumda müasir dövrün siyasi-iqtisadi problemlərin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunur.
Toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak edirlər.
Builki toplantı “Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur” devizi altında keçirilir.
Yanvarın 28-də Forumun “Qlobal enerji mənzərəsi” mövzusunda iclası keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak və çıxış edib, ölkəmizdə energetika sahəsində görülən işlərdən danışıb.
Dövlət başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı roldan söhbət açaraq deyib ki, Azərbaycan aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb.
Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq deyib ki, ölkəmizin ehtiyatları təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Biz qaz ixracını şaxələndirməyə davam edəcəyik.
Dövlətimizin iqtisadi inkişafı haqqında danışan Prezident İlham Əliyev deyib ki, son 6 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı təmin edilib. Hazırda ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6 faiz artıb. Bundan başqa, Azərbaycanın milli valyutası dəyərdən düşməyib.
İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, “Saudi Aramko” şirkətinin prezidenti Xalid Al-Falih, “Royal Dutch Shell” şirkətinin idarə heyətinin sədri Peter Vozer, “The Dow Chemical” şirkətinin idarə heyətinin sədri Endrü Liveris, “Total” şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildiriblər.

508