İslam Konfransı Təşkilatı Ermənistanı bir daha işğalçı elan etdi
                                    
                                    0
                                
                                    0
                                
                                Uqandanın paytaxtı Kambala şəhərində keçirilən İslam Konfransı Təşkilatı (İKT) Parlamentinin növbəti sessiyasında iştirak etmək üçün Azərbaycandan millət vəkilləri VHP sədri Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə artıq yanvarın 24-dən bu ölkədə səfərdədirlər. Sabir Rüstəmxanlının Kambala şəhərindən Lent.az-a verdiyi məlumata görə, İKT Parlamentinin Siyasi və İqtisadiyyat Komitəsinin 2 gün davam edən iclasında millət vəkillərimiz Azərbaycanla bağlı iki qətnamənin qəbuluna nail olublar. Bunlardan biri Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğalı; ikincisi isə İslam Konfransı gənclər təşkilatının işi və Xocalı Soyqırımının bütün dünyada tanıtdırılmasıdır.
S.Rüstəmxanlının bildirdiyinə görə, qətnamələrin İKT-nın 6-cı sessiyasında qəbul olunması yönündə işlər aparmaq niyyətilə Azərbaycan nümayəndə heyəti İKT-yə daxil olan digər ölkələrin nümayəndə heyətləri, parlament sədrlərilə görüşlər keçiriblər. Həmçinin İslam Konfransı Təşkilatı Parlamentinin sədri Mahmud Qılıcla bir neçə görüş keçirən Sabir Rüstəmxanlı İKT-nin yanvarın 30-31-də keçiriləcək 6-cı sessiyasında Siyasi və İqtisadiyyat komitəsinin qəbul etdiyi hər iki sənədlərin müzakirəsinə hazırlaşırlar.
Hazırda Azərbaycan nümayəndə heyətinin görüşləri davam edir.