MTN Yardımlıda birinci oldu
27 yanvar 2010 19:30 (UTC +04:00)

MTN Yardımlıda birinci oldu

“Yardımlı” Xeyriyyə Cəmiyyəti (YXC) Yardımlıdan olan ölkə vətəndaşları arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, rayonda 2009-cu “İlin ən nümunəvi dövlət məmuru” Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yardımlı rayon şöbəsinin rəisi Əhməd Abbasov seçilib.

“2009-cu ildə rayonda göstərdiyi xidmətlərə və qazandığı uğurlara görə” nominasiyası üzrə ilin ən yaxşısı seçlmiş bütün qaliblər mükafatlandırılıb.

Xatırladaq ki, ötən il “İlin ən nümunəvi dövlət məmuru” nominasiyasının qalibi Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar