BQXK-nın missiya rəhbəri: “Eldar Tağıyevə baş çəkmişik”
27 yanvar 2010 13:00 (UTC +04:00)

BQXK-nın missiya rəhbəri: “Eldar Tağıyevə baş çəkmişik”

“Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə şəraitində girov götürülən hər kəsin taleyi ilə maraqlanır.


Biz dekabrın 28-də erməni hərbçiləri tərəfindən girov götürülmüş Eldar Tağıyevin ailəsi ilə əlaqə qurmasına da kömək edirik”.


Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı missiyasının rəhbəri Tun Vandenhov deyib. O bildirib ki, komitənin səlahiyyətlərinə təkcə girovlarla ailələri arasında deyil, hakimiyyət orqanları ilə də əlaqə yaratmaq daxildir: “Biz Eldar Tağıyevə baş çəkmişik və onun haqqında məlumatı ailəsinə və hakimiyyət orqanlarına çatdırmışıq”.



Azərbaycan tərəfə keçmiş erməni ailəsinin taleyi və leqal statusu barədə sualı cavablandıran T. Vandenhov bəyan edib ki, təşkilat onların leqal statusunu və ya cinayət törətdiklərini müəyyənləşdirmək hüququna malik deyil: “Komitəmizin həyata keçirdiyi iş hər iki tərəfdən girov götürülənlərə baş çəkmək, onların həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları əsasında normal şəraitdə saxlanılıb-saxlanılmadığı istiqamətində monitorinq aparmaqdır. Onların hüquqi statusu isə həm müvafiq hüquq normaları, həm də beynəlxalq hüquq əsasında Azərbaycan və Ermənistan tərəfindən müəyyənləşdirilir. Bizim təşkilatın hüquqi status məsələsinə qarışmağa haqqı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar