Aqil Abbas adam bıçaqlayıb
Lent.az-ın məlumatına görə, bu faktı yazıçı-jurnalist, Azərbaycan Milli Məclisinin üzvü Aqil Abbas “Diffamasiya haqqında” qanunun qəbul olunmasının lazımlı olub-olmadığı haqqında danışarkən təsadüfən açıqlayıb. Millət vəkili bıçaqlanma hadisəsini tələbəlik illərində törətdiyini deyib: “Bu hadisə baş verəndə üçüncü kursda oxuyurdum. Buna görə məni universitetdən qovdular. Yəni demək istəyirəm ki, insanların hüquqları var. Bir adam başqasını söyüb təhqir edirsə, bu hərəkətin əvəzində ona təşəkkür eləmək lazımdır?... Hər şeyin ölçüsü var”.
659