Şəmkirdə bayrağımıza hörmətsizlik
22 yanvar 2010 19:15 (UTC +04:00)

Şəmkirdə bayrağımıza hörmətsizlik

Şəmkir rayonunun Böyük Şişli kəndində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanındakı Azərbaycan bayrağı normal vəziyyətdə deyil. Bu barədə Lent.az-a oxuculardan biri məlumat verib. Həmin oxucu bayrağın şəkillərini də redaksiyanın e-mailinə göndərib. Məlum olub ki, bayraqlar cırılmış.istifadəyə yararsız cırılmış vəziyyətdədir.

Lent.az məsələ ilə bağlı Şəmkir rayon İcra Hakimiyətin (İH) və Böyük Şişli kənd icra nümayəndəliyinə müraciət edib.

Şəmkir rayon İH-dan heç bir şərh verilməyib.

Böyük Şişli kənd icra nümayəndəsi Yusif Yusifov isə Lent.az-a açıqlamasında bayrağın hazırkı vəziyyətindən tam məlumatlı olmadığını bildirib: “Vallah, orda elə bir şey görməmişəm, bayraqdı yerində qalıb. Ancaq onsuz da mən o bayrağı dəyişdirmək istəyirdim. Bazar günü mağazaları gəzdim, ancaq bir yaxşı bayraq tapa bilmədim. Gördüyüm bayraqlar balacaydı, mən isə böyüyünü axtarıram”.

Y.Yusifov bayrağın dəyişdiriləcəyini bildirib.

Hüquqşunas Ələsgər Məmmədli Lent.az-a açıqlamasında qeyd olunan vəziyyətdə "Dövlət bayrağından istifadə qaydaları haqqında" Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin pozulduğunu bildirib. O deyib ki, indiki halda əlaqədar şəxslər (bayrağı qaldırmağa və onun qorunmasına məsul olan şəxslər) İnzibati Xətalar Məcəlləsinin 341-1 maddəsilə məsuliyyət daşıyır.


Pərivn ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar