Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yollanır
22 yanvar 2010 18:30 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yollanır

Yanvarın 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Aydın Abbasov, Sabir Hacıyev, Rafael Hüseynov, Aydın Mirzəzadə və Aynur Quliyeva daxildirlər.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Ukraynada keçirilmiş prezident seçkilərinin müşahidəsi, Orta Şərqdə vəziyyət, Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti, insan alverinə qarşı mübarizə, demokratik cəmiyyətdə lobbiləşdirmə, məhkəmə korrupsiyası, Türkiyədə qeyri-müsəlman azlıqlar və Frakiyada (Şərqi Yunanıstan) müsəlman azlığın hüquqları, Albaniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar