“Hərbi qulluqçuların statusu haqqında” qanuna əlavə və dəyişikliklər
Müvafiq sənəd Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu
Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə Komitəsinin 2010-cu ilin yaz sessiyasında ilk iclası keçirilib. Parlamentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, Komitənin sədri Ziyafət Əsgərov 2009-cu ilin payız sessiyası ərzində görülmüş işlərdən danışıb. O bildirib ki, ötən sessiyada komitənin 5 iclası keçirilib və 8 qanun layihəsinə baxılaraq Milli Məclisin plenar iclaslarına tövsiyə olunub. Komitə sədrinə daxil olmuş məktub, ərizə və şikayətlərin 179-u baxılmaq üçün müvafiq təşkilatlara göndərilib və müsbət həll olunub.
İclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 2009-cu il 24 fevral tarixli qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklərə də baxılıb. Qeyd olunub ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərə görə, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan sonra ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malik olacaqlar.
Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrə şamil olunacaq: “Əlavə və dəyişikliklərin əsas məqsədi hərbi qulluqçuların sosial müdafiəsini gücləndirməkdir”.
Layihənin müzakirəsi zamanı deputatların rəy və təklifləri dinlənildikdən sonra sənəd Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.
Pərvin ABBASOV

1230