“Euronews” Azərbaycanın cəbhə bölgəsindən reportaj hazırlayır
Azərbaycanda səfərdə olan “Euronews” telekanalının əməkdaşı Laura Davidesku bu gün Tərtər və Ağdam rayonlarında olub.
Xanım jurnalist vaxtilə ermənilər tərəfindən işğal olunmuş, sonradan işğaldan azad edilmiş Şıxarx qəsəbəsinə baş çəkərək, burada yaşayan insanların həyat şəraiti ilə maraqlanıb, dağıdılmış evləri, ermənilərin törətdikləri vəhşilikləri öz göz gözləri ilə görüb və lentə alıb.
Avropalı jurnalist Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən bölmələrindən birinə də baş çəkib, Azərbaycan əsgərlərinin müharibə şəraitində xidmət aparmaları ilə maraqlanıb. L. Davidesku daha sonra ərazisinin 70 faizdən çoxu işğal altında olan Ağdam rayonunda olub. Jurnalistlərlə söhbətində o bildirib ki, Tərtər istiqamətində işğal altında olan əraziləri müşahidə edə bilib, cəbhə bölgəsində yaşayan insanların həyat şəraitinin necə ağır olduğunu gözləri ilə görüb: “Mən bura gəlməzdən əvvəl özüm ünün müəyyən məlumatlar toplamışdım ki, gedəcəyim yerlər haqqında informasiyam olsun. Avropada elə bilirlər ki, Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Amma yalnız buradakı insanları, onların yaşayış tərzini, dağıdılmış evləri görəndən sonra müharibənin onlara necə yaralar vurduğunu anlamaq olar. Təcrübəmdə ilk dəfədir ki, münaqişə bölgəsində oluram. Mən vəzifəmdən irəli gələrək avropalı tamaşaçılara buradakı vəziyyət haqqında dolğun məlumat verməyə çalışacağam”.
L. Davideskunun sözlərinə görə, təmsil etdiyi telekanal münaqişə zonalarındakı vəziyyət haqqında reportaj və məlumatlar hazırlayıb tamaşaçılarına təqdim edib. Balansı qorumaq üçün bu dəfə münaqişənin digər tərəfi, yəni Azərbaycan tərəfdəki vəziyyət haqqında məlumatların tamaşaçılara çatdırılmasına çalışacaqlar.
Qeyd edək ki, L. Davidesku cəbhə bölgəsinə səfər etməzdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevdən müsahibə götürüb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, aparılan danışıqların gedişi və perspektivləri, regional və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Xatırladaq ki, “Euronews” telekanalı bir müddət əvvəl Azərbaycanın işğal altında olan ərazilərindən “Dağlıq Qarabağda dəyişiklik küləkləri” adlı reportaj hazırlayıb. Anti-Azərbaycan xarakterli reportajda separatçı Dağlıq Qarabağ rejimi müstəqil dövlət kimi göstərilib, Dağlıq Qarabağdakı kilsə nümayiş etdirilərək, bölgə həm dini, həm də mənəvi baxımdan Ermənistanın tərkib hissəsi kimi təqdim olunub.
Reportaj həm rəsmi Bakının və ictimaiyyətin kəskin etirazı ilə qarşılanıb.

435