Baş prokuror: “Bələdiyyə seçkisilə bağlı xüsusi qrup rayonlarda araşdırmalara başlayıb”
20 yanvar 2010 17:30 (UTC +04:00)

Baş prokuror: “Bələdiyyə seçkisilə bağlı xüsusi qrup rayonlarda araşdırmalara başlayıb”

“Mərkəzi Seçki Komissiyasından daxil olmuş araşdırma materialları ilə bağlı Baş Prokurorluğun xüsusi qrupu rayonlara çıxıb və birgə araşdırmalara başlanılıb”. Lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında respublikanın baş prokuroru Zakir Qaralov deyib. O, Baş Prokurorluğa araşdırma materiallarının yanvarın 18-də daxil olduğunu bildirib: “Bununla bağlı rəsmi məlumat veriləcək”.

Xatırladaq ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərilə bağlı MSK-nın sonuncu iclasında 18 seçki məntəqəsi, 2 dairə seçki komissiyasının tərkibinin tam buraxılması, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən azad edilməsi barədə qərar verilib. Ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin isə seçkilərə müdaxilə etdiyi təsdiqlənib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar