Ümumxalq hüzn günü ilə bağlı qərb bölgəsində tədbirlər keçirilib
Şəhər və rayonlarda şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət edilib
20 yanvar ümumxalq hüzn günü ilə bağlı qərb bölgəsində silsilə tədbirlər düzənlənib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, Samux, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə dəyirmi masalar keçirilib.
Səhər saatlarından etibarən şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət edilib. Bundan başqa, vətən uğrunda canından keçən digər qəhrəman oğulların məzarları ziyarət olunub.
Saat 12:00-da regionun bütün şəhər və rayonlarında avtomobillərdən matəm fiti səsi ətrafa yayılıb.
Vüsalə Cənnətova

439