Gəncədə 20 yanvar şəhidlərinin xatirəsi anılıb
20 yanvar 2010 14:00 (UTC +04:00)

Gəncədə 20 yanvar şəhidlərinin xatirəsi anılıb

Şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub

Gəncədə 20 yanvar şəhidlərinin xatirəsinə anım mərasimi keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, şəhər əhalisi 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb. Saat 12:00 radələrində maşınlardan matəm zili yayılıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov başda olmaqla, yüzlərlə şəhər sakini 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidəni gül dəstələrinə qərq edib. Uzun illər həsrətini çəkdiyimiz, yenidən qovuşduğumuz azadlığımız uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub.

Abidənin ziyarəti bu saatlarda da davam edir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar