Ərdoğan İrəvana sərt cavab verdi
Baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması ilə bağlı imzalanan protokollar barədə çıxardığı qərara etiraz edib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan Konstitusiya Məhkəməsinin 1915-ci ildə baş verən olayların soyqırım olduğunu işarə etməsi protokolların mətninin üzərində “əməliyyat aparmaqdır”.
Baş nazir Ermənistanı bu yanlışı aradan qaldırmağa çağırıb: “Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bizim əsla qəbul edə bilməyəcəyimiz kəlmələr var. Bu yanlış aradan qaldırılmasa, prosesə kölgə düşər, proses pozular”.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistandan fərqli olaraq onlar heç nəyi gözləmədən protokolları parlamentə göndərib: “Protokolların mətni ilə bağlı hər hansı qurumu vasitəçi kimi ortaya salmadıq. Cümlələr arasında əməliyyat da aparmadıq və səmimiyyətimizi göstərdik”.
O, Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əlaqələri soyutmaq niyyətlərinin olmadığını da vurğulayıb: “Mən bu məsələni ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedyevlə də müzakirə etmişəm və onlara ATƏT-in Minsk qrupunun həmsədrləri kimi bu məsələni tezliklə həllinə nail olmalarını istəmişəm. Öncə Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır. Demişəm ki, bu məsələ həllini tapsa, Türkiyə və Ermənistan münasibətləri sürətlə yaxşılaşacaq”.

665