Ankara İrəvana xəbərdarlıq etdi
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin 2009-cu il 10 oktyabrda Sürixdə imzaladıqları protokollarla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Ankarada narazılıq yaradıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokollarda qarşıya qoyulan məqsədləri “zədələdiyini” bəyanlayıb.
Bəyanatda bildirilir ki, Ermənistan Konstitusiya Məhkəməsi protokolları ölkə Konstitusiyasına uyğun saysa da, bununla bağlı qərarında protokolların ruhuna zidd olan şərtlər və məhdudlaşdırıcı hökmlərə yer verib.
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın protokollara belə yanaşmasını qəbul edilə bilməyəcəyini bəyanlayıb: “Türkiyə bu protokolların əsl mahiyyətinə bağlılığı mühafizə etməkdədir. Ermənistan hökumətindən də eyni sədaqəti gözləyirik”.
."

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29