“Qorbaçovun ölüsünü mühakimə etmək lazımdır”
Bu gün Azərbaycanın Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, «İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi»nin Azərbaycan nümayəndəliyi və 20 Yanvar Fondunun təşkilatçılığı ilə «20 yanvar - ümumxalq hüzn günü» mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə hökumət rəsmiləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, 20 yanvar şəhidlərinin ailələri və deputatlar iştirak edib.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim 20 yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, 20 yanvar hadisələrinin həm faciə, həm də dövlətin qürur günü olduğunu diqqətə çatdırıb.
Baş nazirin müavini Əli Həsənov isə 20 yanvarı həm faciə, həm tarixi, həm də qəhrəmanlıq nümunəsi adlandırıb. Ə. Həsənov hadisələrin törədilməsinin əsas səbəbkarının SSRİ-nin o vaxtkı rəhbərliyi olduğunu deyib: «Həm bu faciəni, həm də Ermənistan-Azərbaycan münaqişəsini törədən və qızışdıran SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov olub. Mən 1999-cu ildə deputat olanda da, indi də təklif etmişəm ki, Qorbaçov beynəlxalq məhkəməyə verilsin. O, bu gün sağdır, ölsə belə, ölüsünü mühakimə etmək lazımdır”.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Nihat Civaner, millət vəkili Fuad Muradov, şair Məmməd Aslan və digər şəxslər çıxış edib. Tədbirin sonunda şəhid ailələrinə yardımlar paylanıb.

599