İrəvandan Ankaraya sərt cavab
19 yanvar 2010 12:45 (UTC +04:00)

İrəvandan Ankaraya sərt cavab

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Ankaranın Türkiyə-Ermənistan yaxınlaşmasının Dağlıq Qarabağ problemi ilə əlaqələndirmək yönündə siyasətini davam etdirməsi halında proseslərin əks istiqamətdə cərəyan edəcəyini söyləyib.
Lent.az-ın verdiyi məlumata görə, Edvard Nalbəndyan bunu “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında deyib.

O, 2008-ci ildə İrəvan və Ankara arasında danışıqların heç bir şərt irəli sürülmədən aparıldığını bildirib: “Əgər hər hansı şərt olsaydı, bu proses başlamaz və protokol məsələsiylə bağlı da anlaşma imzalamazdıq”.

Türkiyəni süni əngəllər yaratmaqda günahlandıran Ermənistanın xarici işlər naziri qeyd edib ki, süni əngəl yaradan tərəf prosesin uğursuzluğa düçar olmasının da məsuliyyətini öz üzərinə götürür: “Türkiyə geri addım atsa, bu, anlaşmanın pozulduğu anlamına gələr. Bunu edən tərəf tək beynəlxalq aləmdə nüfuzunu itirməz, eyni zamanda bunun nəticələrinə də cavab verməli olar”.

Qeyd edək ki, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin 2009-cu il 10 oktyabrda Sürixdə imzaladıqları protokollarla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Ankarada narazılıq yaradıb. Bu gün Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokollarda qarşıya qoyulan məqsədləri “zədələdiyini” bəyanlayıb.
Bəyanatda bildirilir ki, Ermənistan Konstitusiya Məhkəməsi protokolları ölkə Konstitusiyasına uyğun saysa da, bununla bağlı qərarında protokolların ruhuna zidd olan şərtlər və məhdudlaşdırıcı hökmlərə yer verib.
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın protokollara belə yanaşmasını qəbul edilə bilməyəcəyini bəyanlayıb, Türkiyənin bu protokolların əsl mahiyyətinə bağlılığı mühafizə etdiyini, Ermənistan hökumətindən də eyni sədaqəti gözlədiyini vurtulayıb.
Edvard Nalbəndyanın son açıqlaması Ankaranın bəyanatına cavab sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar