Ombudsman 20 yanvarın ildöünümüylə bağlı bəyanat yaydı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) 1990-cı il 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Bəyanatda 20 yanvar hadisəsinin Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri olduğu bildirilib: “20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib. İnanırıq ki, ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, antihumanist, antidemokratik, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq. Xalqımız bu faciə qurbanlarının milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq, ölkəmizin bu günü və gələcəyi, taleyüklü prioritet məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmlədəcək.”
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

580