Dünya azərbaycanlıları 20 yanvar şəhidlərini yad edir – SİYAHI
20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edir, bir sıra tədbirlər vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandırir, 20 Yanvar faciəsi, onun mahiyyəti barədə materialların icma və birliklərimizin nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda soydaşlarımızın müxtəlif yerlərdə 20 yanvarın 20-ci ildönümü ilə bağlı düzənlədikləri tədbirlərin xəbərləri yer alıb.
Belə ki, Strasburda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri Azərbaycanla bağlı mütamadi səsləndirilən radio verlişi yanvarın 17-də bütövlükdə 20 Yanvar faciəsinin ildönümünə həsr edilib. Aparıcılar Elvin Abbasbəyli, Şahin Hüseynli və Alkan Eldəniz Alınca Azərbaycanda xalq azadlığını boğmaq üçün 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya yeridilməsindən, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıblar. Ən müasir silahlarla silahlanmış ordunun dinc əhalini ağır texnikanın köməyi ilə gülləbarana tutması, 20 Yanvar günü 133 insanın həlak olması, 700 adamın yaralanması, yüzlərlə paytaxt sakininin itkin düşməsi barədə fransız dinləyicilərinə ətraflı məlumat verilib. Verilişdə faciədən 20 il keçməsinə baxmayaraq, beynəlxlaq təşkilatların hələ də hadisəyə münasibət bildirməməsi, bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması diqqətə çatdırılıb. Srtasburqdakı “Azərbaycan evi”nin rəhbəri Mustafa Alınca 20 Yanvar faciəsi ilə bağlı verilişə telefon vasitəsilə qoşularaq bu faciənin baş verdiyi dövrdə Azərbaycandakı hadisələrlə bağlı rus və erməni mənbələrinin birtərəfli və həqiqətdən uzaq xəbərlərinə istinad etmiş fransız mətbuatında dərc olunan yazılara Strasburqda yaşayan azərbaycanlıların kəskin etiraz bildirmələrindən, əsl həqiqəti fransızlara çatdırmaq məqsədilə apardıqları işlərdən söz açıb. Verilişdə 20 Yanvar facisəi ilə bağlı “Azərbaycan evi”nin bəyanatı da səsləndirilib. Bəyənatda dünyada insan hüquqlarına dair qanunu ilk dəfə qəbul etmiş Fransanın və Strasburqda yerləşən İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin 20 Yanvar faiciəsinə siyasi qiymət verməsi, eləcə də bu cinayəti törədənlərin məhkəməyə cəlb edilərək, öz layiqli cəzalarını alması üçün öz səslərini ucaltması tələb olunur. Qeyd edək ki, bu verilişdən əlavə 20 Yanvar faciəsi ilə bağlı yanvarın 20-də “Azərbyacan evi”ndə anım tədbiri keçiriləcək.
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Hollandiyanın Rotterdam şəhərində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 20 illiyi münasibətilə anım tədbiri keçirib. Azərbaycanın Niderlanddakı Səfirliyinin nümayəndələrinin, soydaşlarımızı öz ətrafında birləşdirən diaspor təşkilatları rəhbərlərinin, türk icmalarının təmsiçilərinin, iş adamlarının və Hollandiyada təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi mərasimdə Vətənin və xalqın azadlığını hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BAK-ın sədri Elsevər Məmmədov böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsi barədə geniş məlumat verib və bildirib ki, Azərbaycan xalqı 20 Yanvar faciəsini yalnız ümumxalq hüzn günü kimi qeyd etmir, eyni zamanda Sovet imperiyasının Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına və müstəqilliynə can atan millətin mübarizliyini və məğrurluğunu özündə yaşadan qəhrəmanlıq nümunəsi kimi xatırlayır. Tədbirdə kinorejissor Ramiz Əliyevin 20 yanvar faciəsi ilə bağlı filmi, eləcə də tələbələrimizin hazırladığı bədii kompozisiya nümayiş etdirilib. 20 Yanvar faciəsinin 20–ci ildönümü ilə əlaqədar anım tədbirləri yanvarın 19-20-də Amsterdam, Den Haaq və Hollandiyanın digər şəhərlərdə də davam edəcək.
Yanvarın 17-də Bişkekdəki “Azəri” İctimai Birliyinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı mərasim keçirilib. “Azəri” İctimai Birliyinin sədri, əməkdar həkim Akif Alaferdov 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə tədbir iştirakçılarına məlumat verib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov isə Qırğızıstanda yaşayan azərbaycanlıları birliyə çağırıb, Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında QHT-lərin rolundan bəhs edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” kitabı, AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimlərinin hazırladıqları “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin Bişkekdə rus dilində nəşr olunmuş “Müasir Azərbaycanın banisi, qurucusu və xilaskari” kitabları mərasim iştirakçılarına paylanıb. Tarixi faktlarla zəngin olan bu kitablar Qırğızıstanın Milli Kitabxanasına, parlament üzvlərinə, ali təhsil ocaqlarına, dövlət və ictimai təşkilatlara, elmi dairələrə də təqdim edilib. Qeyd edək ki, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri də 20 Yanvar faciəsi qurbanlarını yad edəcəklər.
Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Nəvai vilayətlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirəcək. Qazaxıstanda fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə Astana və Almatı şəhərlərində, ümumilikdə ölkənin 14 vilayətində anım tədbirləri təşkil edəcək. Bu faciə ilə bağlı vilayətlərdəki mədəniyyət mərkəzlərinə təbliğat materialları göndərilib.
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi hər il olduğu kimi bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı Səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər. Ümumrusiya Azərbaycanlıları Konqresi Murmansk bölməsinin ofisində Qara Yanvar hadisələrinin 20 illiyi ilə əlaqədar fotostendlər, kitab sərgiləri təşkil ediləcək, şəhidlərin ruhuna dualar oxunacaq, Bakıda baş vermiş qanlı hadisələrdən bəhs edən sənədli filmlər göstəriləcək. Bundan başqa Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcək.
Kiyev şəhərindəki Müəllimlər Evində Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” kitabının təqdimatı olacaq. Konqresin Xarkov, Donetks, Dnepropetrovsk bə digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.
Minskdə də Belarus Azərbaycan İcmaları Konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.
20 yanvar faciəsinin 20-ci ildönümüni Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar. Tallində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi toplantıda 20 Yanvar faciəsinə həsr olunmuş fotoşəkillər sərgilənəcək, film nümayiş etdiriləcək. Litva Azərbaycanlıları Cəmiyyəti də 20 yanvar hadisəsinə aid faktları və reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq. Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi də 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Yanvarın 20-də yüzdən çox iştirakı ilə Riqadakı “Azadlıq” heykəlinin önündə anım mərasimi olacaq, buraya 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə əklil və heykəlin qarşısına güllər qoyulacaq. Daha sonra “Ocaq” Mədəniyyət Mərkəzinin Gənclər təşkilatının təşəbbüsü ilə “Qara yanvar faciəsinin 20-ci ildönümü hər zaman yaddaşlarda” adlı anım saatı keçiriləcək. Tədbirdə mərkəzin fəal gənclərinin və tələbələrin təşəbbüsü ilə hazırlanmış film nümayiş etdiriləcək. Tədbirə Latviyanın müxtəliv ali təhsil məktəblərindən tələbələr dəvət edilib. Budapeştdə fəaliyyət göstərən “Macar-Azərbaycan Dostluq Cəmiyyəti”, Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Kişineuda Moldova Azərbaycanlıları Konqresi, Praqada “Azər-Çex” Cəmiyyəti də ölkəmizin bu ölkələrdəki səfirlikləri ilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər. İsveçin Stokholm şəhərində fəaliyyət göstərən
Azərbaycan Federasiyası İsveç (AFİ) yanvarın 18-də qurumun nəzdindəki “Azərbaycanın səsi” radiosunda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan və İsveç dillərində veriliş yayımlayacaq. Radio proqram İsveç vaxtı ilə saat 17.00-dən 22.00-dək davam edəcək. Yanvarın 20-də isə AFİ qanlı faciənin 20-ci ildönümünə həsr olunmuş seminar keçirəcək. Stokholmda 20 yanvar qətliamının 20-ci ildönümüylə bağlı daha bir anım tədbirini İsveçdəki “Azərbaycan Naminə”, “Odlar Yurdu”, “Vətən” və “World Azərbaycan” Cəmiyyətləri birgə təşkil edəcəklər. Böyük Britaniyakı “Azərbaycan Evi” Londonda Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə, həmçinin İspaniyanın Lundarqata şəhərində İslandiya-Azərbaycan “Azəri” cəmiyyəti bu faciənin 20-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd edəcəklər.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer İsmayılovanın veridyi xəbərə görə, Almaniyada da 20 yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər nəzərdə tutulub. Yanvarın 19-da Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə Avroqafqaz cəmiyyətinin birlikdə keçirəcəyi anım tədbirinə qanlı hadisənin şahidlərindən də bir neçə nəfər qatılacaq, faciədən bəhs edən sənədli film göstəriləcək. Yanvarın 20-də isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman-Azərbaycan Forumu ilə birlikdə Heilig-Kreuz kilsəsində alman ictimaiyyətinin nümayəndələrinin də iştirakı ilə anım mərasimi təşkil edəcək. Mərasim Azərbaycan bəstəkarlarının orqan üçün bəstələdiyi əsərlərdən ibarət matəm konserti ilə davam edəcək. Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti də Berlində 20 yanvar faciəsi qurbanlarının xatirəsini anacaq. Mayntsda isə “Maynts Azərbaycan Cəmiyyəti”nin Frankfurt Azərbaycan Cəmiyyəti birgə keçirəcəyi anım mərasimində 20 Yanvar faciəsi ilə bağlı qonaqlara ətraflı məlumat veriləcək. Hamburqdakı Türk Mərkəzində Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Türk Mədəniyyət Cəmiyyəti birlikdə 20 Yanvar faciəsinə, onun mahiyyətinə bir daha nəzər salacaqlar. Alman-Azərbaycan Cəmiyyətinin Drezden şəhər inteqrasiya şöbəsiylə birlikdə bu şəhərdə təşkil edəcəyi anım tədbirində də faciəni əks etdirən sənədli film nümayiş olunacaq, bu qanlı hadisənin tarixi barədə tədbir iştirakçılarına məlumat veriləcək.
20 yanvar faciəsini anma mərasimlərinə Kanada Azərbaycan Təşkilatları Assambleyası (KATA) Toronto, Monreal, Ottava və Edmonton şəhərlərində keçirəcəyi tədbirlərlə qatılacaq. ABŞ-ın Nyu York şəhərindəki “Amerika Azərbaycanlıları Cəmiyyəti”, Los-Anclesdə “Amerika-Azərbaycan Şurası” da 20 Yanvar faciəsini yad edəcəklər.
İsrailin Hayfa şəhərində Hayfa-Bakı Dostluq Cəmiyyəti yanvarın 17-də 20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə anım tədbiri keçirib. Tədbirdə faciənin tarixinə nəzər salınıb, şəhidlərin xatirəsi yad edilib. Yanvarın 19-da isə bu ölkənin Akko şəhərində yerləşən “Qafqaz klubu”nda Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) anım tədbiri keçirəcək.
Faciənin 20-ci ildönümü Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunur. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqale, Bakıkesir, Muğla, Qars, Antalya, Adana, Hatay və digər şəhərlərdə anım tədbirləri keçirəcək, mətbuat konfransları təşkil edəcək, yerli TV, agentlik və qəzetlər üçün press-relizlər yayacaq, 1990-cı ilin yanvarın 20-də Sovet Ordusunun Bakı şəhərində dinc sakinlərə qarşı törətdiyi qətliam haqqında geniş məlumat verəcəklər. 20 yanvar faciəsinin mahiyyətini mətbuat konfransları və bu ölkənin mətbuatında çıxış etməklə bir daha Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmağı önəmli sayan TADEF rəhbərliyi Federsiyanın Ankaradakı mərkəzi ofisində qanlı yanvardan bəhs edən fotosərgi təşkil edəcək və mətbuat üçün açlqlama verəcək. Anım tədbirlərinə Türkiyədə təhsil alan tələbələr də qatılacaqlar. Qeyd edək ki, artıq Türkiyədə nəşr olunan “Kocaeli” qəzetinin 2010-cu il yanvarın 16-da çıxan sayında TADEF sədri, bu qəzetin köşə yazarı Bilal Dündarın 20 yanvar faciəsindən bəhs edən “Azərbaycanın həm matəm, həm də qürur günü” başlıqlı məqaləsi dərc olunub.
Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil edəcək. Sabah həmçinin “Qeyrət” xalq hərəkatı Marneulidə 20 yanvar şəhidlərinin xatirəsini yad edəcək. Marneulidə keçiriləcək digər anım tədbiri isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr etdiyi elmi-praktiki konfrans olacaq. Tbilisidə isə Gürcüstan Azərbaycanlıları Konqresi “20 yanvar Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir” mövzusunda dəyirmi masa təşkil edəcək, daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktiki konfrans olacaq.

650