Qənimət Zahid Mirzə Sakitə sərt məktub yazıb
“O şeir çap olunmayacaq, belə iddialardan əl çək”
Yanvarın 16-da ADP-nin qərargahında aclıq aksiyasına başlayan “Azadlıq” qəzetinin yazarı Mirzə Sakitin səhhəti normaldır.
Bunu Lent.az-a açıqlamasında Mirzə Sakit özü söyləyib.
Həkimlərin hələ ona baş çəkmədiyini deyən Mirzə Sakit bildirib ki, dostları, jurnalistlər ona baş çəkirlər: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli, jurnalist Murad Könəqala mənə baş çəkib. Az əvvəl Pənah Hüseyn, Sərdar Cəlaloğlu, İqbal Ağazadə gəlmişdilər. Zəng edib, gələcəyini söyləyənlər də var”.
Mirzə Sakit “Azadlıq” qəzetində çalışan Natiq Güləhmədoğlu və Ramin Dekonun da baş çəkmək üçün yanında gəldiklərini nəzərə çatdırıb: “Azadlıq” qəzetinin rəhbərliyindən hələ gələn yoxdur, mənimlə danışıq da aparmırlar”.
O, “Azadlıq” qəzetinin baş redaktoru, qardaşı Qənimət Zahidin həbsxanadan ona məktub göndərdiyini qeyd edib: “Qənimət Zahid məktubu sərt yazıb. Yazıb ki, sən belə iddialardan əl çək, o şeir “Azadlıq” qəzetində çap olunmayacaq. Qənimət Zahid hərgah ki, o şeirin məzmunundan hali deyil, amma yazıb ki, belə iddialardan əl çək. Nə deyim, vallah, hərənin öz fikri var, Qənimət bəy də öz fikrini belə ifadə edib”.
Mirzə Sakit səhhəti imkan verənə qədər aclıq aksiyasını davam etdirəcəyini vurğulayıb: “Görsəm ki, huşumu itirəcəm... Daha nə olacaq, bilmirəm”.
“Azadlıq” qəzetinin yazarı hələ ki, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçilərinin ona baş çəkmədiyini də dilə gətirib: “Aclıq aksiyasına şənbə günü başlamışdım. Beynəlxalq təşkilatların iş günləri olmadığından hələ reaksiya verən yoxdur”.
Xatırladaq ki, Mirzə Sakit “Azadlıq” qəzetində son şeirinin çap olunmamasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. O, həmin şeirinin qəzetdə çap olunmasını tələb edir.

798