Hərbi Komissarlıqda kütləvi ixtisarlar
Ötən ilin aprel ayından səlahiyyətləri məhdudlaşdırılmış Respublika Hərbi Komissarlığında ştat ixtisarlarının aparılması planlaşdırılır. Lent.az-ın komissarlıqdakı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın aylarda reallaşdırılacaq ixtisarlar rayon hərbi komissarlıqlarında çalışan 1500 nəfərə yaxın çavuş rütbəli şəxsə və buna müvafiq işlərdə çalışan mülki vətəndaşlara şamil olunacaq. Bununla da rayon hərbi komissarlıqlarında məhdud sayda işçi saxlanılacaq ki, bunlar da hərbi komissar və onun müavini, komissarlığın həkimi və bir neçə şöbənin rəhbəri olacaq. Hələ ki bir neçə il mövcudluğunu saxlayacaq hərbi komissarlıqlar səfərbərlik qeydiyyatını, həkim komissiyasını təşkil edəcək, həmçinin ordudan ehtiyata buraxılan heyəti səfərbərlik uçotuna alacaq. 2012-2013-cü illərdə isə səfərbərlik uçotunun aparılmasının bələdiyyələrə verilməsi nəzərdə tutulur.
Mənbənin məlumatına görə, artıq hərbi komissarlıq sistemində ştat ixtisarlarının birinci mərhələsi yekunlaşıb. Bu mərhələdə həm Respublika Hərbi Komissarlığı, həm də rayon hərbi komissarlıqlarında bir neçə şöbə ləğv olunub, həmçinin komissarlıqların həkimlərinin sayı 1 nəfər saxlanılmaqla ciddi şəkildə azaldılıb.
Ötən ilin noyabr ayından Respublika Hərbi Komissarlığında başlanmış kadr dəyişikləri nəticəsində bəzi strukturların rəhbərləri vəzifələrindən azad olunub. Belə ki, aparılan kadr islahatları nəticəsində Respublika Hərbi Komissarlığının tərbiyəvi işlər şöbəsinin rəisi polkovnik Rasim Sadıqov, dördüncü şöbənin rəisi Gündüz Səmədov, tanınmış hərbi hüquqşünas Qaçay Əliyarov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.
Rəşad

3012