Qətər və Azərbaycan arasında tələbə mübadiləsi aparılacaq
Xarici işlər naziri Elmar Məmmədyarov 11-12 yanvar tarixlərində Qətər Dövlətində rəsmi səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 12-də xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin əmiri Şeyx Hamad Bin Xəlifə Əl-Təni tərəfindən qəbul edilib.
Qətər Dövlətinin əmiri Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini bildirib. Əmir zəngin neft və qaz ehtiyatlarına malik bu iki ölkənin qarşılıqlı təmasların inkişaf etdirilməsi üçün birbaşa hava xəttinin açılmasını faydalı sayıb.
Elmar Məmmədyarov 2004-cü ildə prezident İlham Əliyevin Qətərə, 2007-ci ildə isə Əmir Şeyx Hamad Bin Xəlifə Əl-Təninin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığa güclü təkan verdiyini söyləyib. O, münasibətlərin daha da dərinləşməsi üçün ikitərəfli hökumətlərarası komissiyanın yaradılması, humanitar, elm-təhsil, mədəniyyət sahələrində əlaqələrin, habelə xalqlararası təmasların gücləndirilməsinin vacib olduğunu qeyd edib. Xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Qətər tərəfindən dəstəklədiyinə görə təşəkkürünü çatdırıb.
Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verən Elmar Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyişin yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkün olacağını vurğulayıb. Əmir Şeyx Hamad Bin Xəlifə Əl-Təni qeyd edib ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir, eyni zamanda münaqişənin həlli bütün region, habelə Ermənistan üçün müsbət nəticələr verə bilər.
Görüşdə Yaxın Şərq problemi və Qətərin regional təhlükəsizliyin təmin olunmasındakı rolu barədə fikir mübadiləsi də aparılıb.
Elmar Məmmədyarovun növbəti görüşü Qətər Dövlətinin baş naziri və xarici işlər naziri Şeyx Hamad Bin Casim Bin Cəbr Əl-Təni ilə olub. Görüşdə Azərbaycan və Qətərin dövlət başçıları arasındakı dost münasibətlərin iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında saziş”in imzalanacağı əhəmiyyətli məqam kimi qiymətləndirilib və iki ölkə arasında hüquqi-normativ bazanın daha da inkişaf etdirilməsi zəruri sayılıb.
Xarici işlər naziri Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri, biznes və Ttcarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə də görüşüb. Görüşdə Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisləri ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və başqa aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunub. Görüşün yekununda “Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında saziş” imzalanıb.
Səfər çərçivəsində Elmar Məmmədyarov Qətər Dövlətinin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, Qətər Dövlətinin Əmirinin KİV üzrə müşaviri, “Qətər İnformasiya Birliyi”nin prezidenti Şeyx Hamad Bin Səmir Əl-Təni ilə də görüşüb. Səfər çərçivəsində xarici işlər naziri dünyanın ən iri media şirkətlərindən olan “Əl-Cəzirə” televiziya kanalının Dohadakı baş qərargahında olub, kanala müsahibə verib. Elmar Məmmədyarov Qətərin ən iri KİV-lərindən olan “Əl-Rayah” qəzetinə də müsahibə verib. Hər iki müsahibəsində nazir xarici işlər naziri Azərbaycan-Qətər əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, ölkəmizdəki vəziyyət, Azərbaycanın xarici siyasət istiqamətləri, Dağlıq Qarabağ problemi və onun nizamlanması prosesi, Azərbaycanın neft və qaz strategiyası, regional enerji layihələri haqqında danışıb və Yaxın Şərq probleminə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib.
Səfər çərçivəsində Elmar Məmmədyarov ”Qətər Diyar” investisiya şirkətində olub, şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələrlə tanış olub.

749