Batumidə keçirilməsi nəzərdə tutulan enerji sammiti təxirə salınıb
Sabah Batumidə keçirilməsi nəzərdə tutulan enerji sammiti təxirə salınıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentindən APA-ya bildiriblər ki, sammitin təxirə salınması qərarını prezident Mixail Saakaşvili verib.
Buna səbəb Ukrayna prezidenti Viktor Yuşşenkonun Ukraynada keçiriləcək prezident seçkiləri ilə əlaqədar sammitə qatıla bilməyəcəyi olub.
“Ukrayna enerji daşıyıcılarının tranziti üzrə vacib ölkələrdən biri olduğu üçün bu ölkənin prezidentinin iştirakı olmadan belə bir sammitin keçirilməsi məqsədəuyğun sayılmayıb”, - deyə Departamentdən bildirilib.
Bununla belə, yanvarın 14-də Batumidə enerji məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Sammitin yeni tarixi isə diplomatik kanallarla razılaşdırılacaq.
Xatırladaq ki, sammitdə Gürcüstan, Azərbaycan, Polşa, Ukrayna, Litva və Latviya prezidentlərinin iştirakı gözlənilirdi.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29