Dövlət Komissiyası əsir əsgərlərin ailələrindən narazıdır
13 yanvar 2010 13:15 (UTC +04:00)

Dövlət Komissiyası əsir əsgərlərin ailələrindən narazıdır

“Valideynlər tövsiyələrə çox zaman əməl etməyiblər”
8 oktyabr 2008-ci il və 10 may 2009-cu il tarixlərində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri – Həsənov Rafiq Rəhman oğlu və Hacıyev Anar Xanbaba oğlunun da valideynləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə qəbul olunub.

Lent.az komissiyanın saytına istinadən xəbər verir ki, bu barədə qurumun 2009-cu il ərzində qarşısında duran vəzifələrin icrası istiqamətində fəaliyyətinə həsr olunmuş hesabatda bildirilib.

Ailələrə övladlarının azad olunması istiqamətində aparılan tədbirlər barədə onlara ətraflı məlumat verilib. Eyni zamanda, valideynlərə bu məsələnin çox həssas xarakter daşıdığı, övladları barədə onların razılığı olmadan və yoxlanılmamış, fərziyyələrə əsaslanan hər hansı məlumatların yayılmasının onların azad olunması prosesinə mənfi təsir edəcəyi izah olunub, bununla bağlı onlara müvafiq tövsiyələr verilib.

Lakin valideynlər bu tövsiyələrə çox zaman əməl etməyib, övladlarının əsirlikdən yalnız ailələrinə ünvanladıqları məktubları belə, açıqlayıblar ki, bu da beynəlxalq humanitar hüquq normalarına ziddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar