İTV-nin qərarı ziyalıların təqdiri ilə qarşılanıb
“Ovqat” proqramı ilə bağlı İctimai Televiziya ilə Azərbaycan Televiziyası arasında narazılıq yarandıgını xəbər vermişdik. Qeyd edək ki, “Ovqat” verilişi 2006-cı ilin yanvarından İTV-də yayıma başlayıb. Müəllif Hüquqları Agentliyi verilişin müstəsna yayım hüququnun İTV-yə məxsus olması barədə şəhadətnamə də təqdim edib. Lakin bu il “Ovqat” verilişinin aparıcısı olan Səyyarə Məmmədovanın iş yerini AzTV-yə dəyişməsi ilə eyni adlı və formatlı verilişin dövlət televiziyasında yayımına başlanılıb. Bu isə müəllif hüquqlarını pozub. Lakin son anda İctimai TV “Ovqat” proqramından imtina qərarını açıqladı. ITV nümayəndəsi Tahir Məmmədovun açıqlamasında qeyd olundu ki, baş direktor İsmayıl Ömərov imtina qərarını belə əsaslandırıb: ““Ovqat” proqramı 2006-cı ildən İctimai televizyada yayımlanırdı və Müəllif hüququları agentliyi də İctimai televiziyaya məxsus olduğunu tamaşaçılar gündüzün gecəni əvəz etdiyi reallıq qədər aydın bilirlər. 4 ildir proqram efirimizdə, şəhadətnamə də əlimizdə. Biz nəyi sübut etməliyik ki? Bəzi başqa kanalların götürmək istədiyi, maraq göstərdiyi təkcə “Ovqat” proqramı deyil ki. Bizim çoxsaylı layihələrimizə bu cür maraq göstərirlərsə, buna qəzəblənmək, qısqanmaq yox, sevinmək lazımdır. Son dövrlərin ən aktual mövzularından olan teleməkanın acınacaqlı vəziyyətini telekanallar bir-birinə baxıb düzəldirlərsə, bu özü çox yaxşı haldır. Bu ümumi işimizin bir tərkib hissəsidir və heç kəsə sirr deyil ki, bu gün İctimai televiziyanın kollektivi öz peşəkarlığı və hazırlığı ilə fərqlənir. Bu gün teleməktəb missiyası onun üzərinə düşür və bu peşəkar kadrların və layihələrin başqa kanallara getməyi təbiidir. Konkret halda son bir ildə AZTV-yə 10 nəfərə yaxın əməkdaşımızın getməyi onlar üçün qazancdırsa, bizim üçün itki deyil. O cümlədən də “Ovqat” verilişinin həm aparıcısının, həm də rejissorunun getməyi. Bizim hələ efirə çıxası ehtiyatda neçə-neçə layihələrimiz var. Bu qədər yerli və beynəlxalq layihələrin, canlı telekörpülərin olduğu halda niyə artıq öz-özünü təkrarlayan, 4 ildir yayımladığımız bir layihənin adının davasını çəkirsiniz. Biz yanvarın 10-dan etibarən hər bazar günü səhər tezdən “Səhər Sovqatı” adlı yeni proqram yayımlayacağıq. Bütün dünyaya səpələnmiş azərbaycanlılar, türk dünyası bu sovqatda mənəvi bir rahatlıq, saflıq tapacaq”.
İctimai TV-nin bu qərarına ziyalılar da münasibət açıqlayıb.
Aqil Abbas, millət vəkili:
- Saytların birində bu barədə oxudum və mənim üçün gözlənilməz oldu. Açığını deyim, İsmayıl Ömərovun çox prinsipial və bir az da tərs adam olduğunu hamı bilir. Neçə illərdir İctimai TV-nin efirindən izlədiyimiz bir proqramın belə asanlıqla başqasına hədiyyə edilməsi mənə bir az maraqlı göründü. Hər halda hamının verəcəyi bir qərar deyil. Yəqin ki, bu qərarı verməyə İsmayıl Ömərovun kifayət qədər dəyərli arqumentləri var. Bu arqumentlərin bəziləri qərarla bağlı açıqlamada öz əksini tapıb və birinə münasibət bildirmək istəyirəm. İsmayıl müəllimin “Bizim ehtiyatda çoxsaylı layihələrimiz var” ifadəsi. Bir tamaşaçı kimi İctimai TV-nin bir çox layihələrini xüsusilə fundamental hesab edirəm. “Körpü” dilinə, millətinə, torpağına, kökünə bağlılıqdır. Bu verilişin köməyilə Qarsda, Kərkükdə, Orta Asiyada baba yurdumuzda oluruq, Təbriz evimizə gəlir. Avroviziya, Avropa kanalları ilə əməkdaşlıq, TRT Avaz, telekörpülər həqiqətən də indiyə qədər olmayan, müasir telelayihələrdir. Çox qısa müddətdə belə layihələr yaradan kollektiv heç şübhəsiz özünə tam arxayındır. Özünə arxayın adam həmişə rahat olur və bu da İsmayıl müəllimin qərarında aydın görünür. Ad verilişin mahiyyətini dəyişmir, əksinə yaradıcı heyət, proqramın məzmunu adı tanıdır. İctimai TV-nin yeni “Səhər sovqatı” proqramı da heç şübhəsiz ugur qazanacaq. .
Fazil Qəzənfəroğlu, millət vəkili:
- Bir misal çəkim: ilk dəfə şahid olduq ki, teleməkanın bütün aparıcıları İctimai Televiziyanın efirində bir araya gəldilər və canlı yayımda öz ürək sözlərini söylədilər. Sözsüz ki, bu layihədə İsmayıl Ömərovun böyük rolu var. Bu simalar hər biri öz pərəstişkarı və tamaşaçısı olan həmkarlardır. Onların bir araya gəlməsi və Milli həmrəylik bayramını birgə qeyd etməsi bir tamaşaçı kimi məni çox sevindirdi. Belə addım təşəkkürə layiqdir. Təəssüf ki, bu proqramlarda AzTV-nin əməkdaşlarını görmədik. Amma söz yox ki, bir gün bu kollektivin də payına həmkarları ilə istədiyi mehribançılığı bölmək düşəcək. Elə bu layihənin özü göstərir ki, İctimai televiziyanın milli birlik çağırışları sadəcə söz deyil. Bəli, bu sadəcə bir telelayihə deyil, bu İctimai televiziyanın yayım zehniyyətidir. “Ovqat”la bağlı qərar da bu yanaşmanın nümunəsidir. “Ovqat” proqramını oğurlamaqla AzTV azadfikirli deputatlara göstərdiyi münasibəti azadfikirli İctimai TV-yə göstərmiş oldu. Mən bir daha bu fikrimdə qalıram ki, AzTV keçilmiş mərhələdi. İctimai TV bütün parametrləri ilə həm dövlətin, həm də cəmiyyətin maraqlarını ifadə edir.
Tənzilə Rüstəmxanli, Azəri-Türk Qadınlar Birliyinin sədri:
- Doğrusu, İctimai televiziyanın bu addımı mənim üçün həm gözlənilməz oldu, həm də bunu çox təbii qarşıladım. Mətbuatda az qala hamı bu işdə İctimai Televiziyanın tam haqlı olduğunu açıqladı. Hüquqi baxımdan tam haqlı olduğu halda bu cür centlmen yanaşması İctimai televiziyanın ictimai yayım fəlsəfəsinə sadiqliyini bir daha sübut etdi. Ortaya yeni bir layihə çıxarmaqda həmkarın üzləşdiyi çətinliyi başa düşüb onu səmimiyyətlə qarşılamaq, öz halalca “Ovqat” adından imtina etmək həmkara dəstək olmaq tendensiyası formalaşdırır. Bir bu məsələdə yox, bir çox proqramlarda İctimai televiziyanın həmkarlarına qarşı çox müsbət münasibətdə olduğunu görmüşük. Həm də ona görə deyirəm ki, bu addımı təbii qarşıladım. Öz haqsız mövqeyini müdafiə etmək üçün Mövlud Balakişi oğlu Süleymanlı az qala deyirdi ki, 15 ildir biz bu proqramı yayımlamaq istəyirdik, amma alınmırdı. Maraqlıdır necə oldu ki, bu layihə Mövlud müəllimin 15 ildən sonra, pensiyaya çıxanda yadına düşdü. Belə çıxır ki, “Ovqat” adlı bir qəzeti olan iddia etməlidir ki, bu teleproqram mənə məxsusdur. Təbii ki, bir addan ötrü belə addımlardan çəkinməyənlərin özü üçün də İsmayıl Ömərovun bu qərarı gözlənilməz bir səxavət dərsi oldu. Mən qərar barədə mətbuatda oxudum. İsmayıl müəllimin “biz buna sevinməliyik” deməsi məncə ona qısqanclıqla yanaşanları bir daha mat vəziyyətində qodu.
Altay Zahidov, Azərbaycan Jurnalistlər Birliyinin katibi:
- Bu, böyük addımdır. Bu bir daha İctimai televiziyanın ideya daşıyıcısı olduğunu sübut etdi. Bu həm də onun teleməkandakı yersiz didişmələrdən, çəkişmələrdən uzaq olduğunu göstərir. Bu da ondan irəli gəlir ki, İctimai televiziya yeganə kanaldır ki, onun rəhbəri peşəkar jurnalistdir. Hamı gözləyirdi ki, bu mübahisə dərinləşəcək və münaqişəyə çevriləcək. İctimai televiziyanın bu addımı - plagiata və bir qadına baş qoşmamağı onun böyüklüyüdür. Qərar barədə yazıda ürəyimdən olan bir ifadəni qeyd etmək istərdim - “qısqanmaq yox, sevinmək lazımdır”. Bu bir daha İctimai Televiziyanın birinciliyini sübut edən faktdır. Artıq İctimai televiziyanın efirində təkrarlanaraq dövriyyədən çıxarılmağa hazır olan bir proqram AzTV-də prioritet hesab olunur. Təbii ki, buna sevinmək lazımdır. Neçə illərdir deyirlər ki, teleməkandakı kadrlar AzTV-dən çıxıb. Son 10 ildə isə ANS, Lider, Space kimi kanallar açılandan sonra çoxları AzTV-dən çıxan kadrlardan imtina etdi. Yeni, müasir düşüncəli kadrlar yetişdi. Amma təəssüf ki, son bir-iki ildə kadrların böyük əksəriyyəti şou-biznes sahəsinə istiqamətləndi. İctimai TV-nin özündə yetişən çoxsaylı gənclərin müasir duyumları, intellektləri, milliliyi, hazırlığı və çevikliyi bütün auditoriyanın diqqətini cəlb etdi. Biz görürük ki, gənc aparıcılar müxtəlif dillərdə verilişlər hazırlayırlar. Həqiqətən də İctimai TV yeni bir məktəb kimi formalaşıb. Bu məktəbdə yetişən, ərsəyə gələn hər bir əməkdaşın yüksək peşəkarlığı ilə yanaşı mənəviyyatı da bizi sevindirir. Kadrların bu xüsusiyyətləri onları tamaşaçıların gözündə daha da sevilən edir. Bilirsiz, mən Azərbaycan Jurnalistlər Birliyinin, AFFA-nın və Söz Azadlığı Fondunun üzvü olaraq çoxsaylı ictimai tədbirlərdə oluram və müxtəlif peşə sahibləri ilə söhbət edirəm. İctimai teleradionun fəaliyyəti və kollektivi barədə hamıdan yaxşı sözlər eşidirəm. İsmayıl Ömərovun bu qərarı isə İctimai Televiziyanın imicinə daha bir xal yazdı. Qısası, bu, müdrik bir qərardır.

885