Ombudsman Səfər Əbiyev, Kəmaləddin Heydərov, Elçin Quliyev və Zakir Həsənova müraciət etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hərbi hissələrdə əsgər və zabitlər üçün hüquqi maarifləndirmə tədbirləri keçirmək üçün Müdafiə və Fövqəladə Hallar nazirləri, Dövlət Sərhəd Xidmətinin rəisi və Daxili Qoşunların komandanıdına müraciət edib. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Görüşlərdə məqsəd əsgər və zabitlərin yaşayış və xidmət şəraiti, asudə vaxtlarının səmərəli təşkili üçün görülmüş işlər, göstərilən tibbi xidmət, qidalanma rejimi, həmçinin hərbi qulluqçular arasında Nizamnaməyə uyğun rəftarın vəziyyəti ilə tanış olmaq, Ombudsmanın hüquq və səlahiyyətlərini onlara izah etmək, insan hüquqları sahəsində fəaliyyəti barədə məlumat verməkdir.
Müraciətdə 2010-cu ildə qeyd olunan istiqamətdə birgə tədbirlərin keçirilməsini təklif edilib.
Hüquqi maarifləndirmə tədbirlərinin bütün hərbi hissələrdə keçirilməsi nəzərdə tutulub.
Pərvin ABBASOV

1327