İran və Türkiyə ilə viza rejiminin ləğvi məsələsinə baxılır
“Azərbaycan İran və Türkiyə ilə viza rejiminin ləğvi məsələsinə baxır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib.
Diplomat Azərbaycanın İran və Türkiyə ilə viza rejimini aradan qaldırmağa hazırlaşıb-hazırlaşmadığı haqda suala belə cavab verib: “Biz bu məsələyə baxırıq. Müvafiq addımlar atılacaq. Konsulluq məsələləri xüsusi bir sahədir. Bütün məsələlər ətraflı nəzərdən keçirildikdən sonra qərar qəbul olunacaq”.

836