Bələdiyyə seçkisilə bağlı materialların bir qismi prokurorluğa göndəriləcək
11 yanvar 2010 18:15 (UTC +04:00)

Bələdiyyə seçkisilə bağlı materialların bir qismi prokurorluğa göndəriləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Lent.az-ın xəbərinə görə, iclasda dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurub və nəticələri elan edilib. Komissiyanın sədri Məzahir Pənahov deyib ki, səsvermədən sonra MSK-ya seçki keçirilən məntəqələrin hamısından - 1718-dən də protokol daxil olub və bu protokolların hər biri araşdırılıb.


MSK katibi Natiq Məmmədov bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32,4%-i iştirak edib. Onun sözlərinə görə, seçkilər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib və prosesə 31 minə yaxın namizəd qatılıb.

N.Məmmədov bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yarandığını təəssüflə qeyd edib: “Bəzi məntəqə və dairə seçki komissiyalarının da fəaliyyəti qanunun tələblərinə uyğun olmayıb. Araşdırmalar zamanı bəzi məlumatların prokurorluq orqanları tərəfindən araşdırılması zərurəti də ortaya çıxır. Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün deyil. Buna görə də ümumilikdə 30 seçki məntəqəsində və 9 bələdiyyəyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələrinə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə keçirilən seçkilər baş tutmamış sayılıb”.


18 seçki məntəqəsinin, 2 dairə seçki komissiyasının (DSK) tərkibi tam olaraq buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb.

MSK katibi bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib, Onun sözlərinə görə, materiallar prokurorluğa orqanlarına təqdim ediləcəck.

MSK-nın Ümid Partiyasından olan üzvü Akif Qurbanov söz alaraq çıxış edib. O, seçkilərin bütün mərhələlərinin ciddi qanun pozuntularıyla keçirildiyini bildirib. A.Qurbanov seçkilərlə bağlı yekun protokola imza atmayacağını bildirib və həmkarlarını da buna çağırıb.

MSK sədri Məzahir Pənahov Akif Qurğanovun dediklərilə razılaşmayıb. O, MSK-nın öz işinin öhdəsindən gəldiyini bildirib.

Hazırda iclas davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar