Müsavat parlament seçkilərinə hazırlığa başlayıb
11 yanvar 2010 17:15 (UTC +04:00)

Müsavat parlament seçkilərinə hazırlığa başlayıb

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.

Yığıncağın əvvəlində bələdiyyə seçkilərinin yekunları müzakirə edilmiş və partiyanın yekun rəyinin hazırlanması ilə bağlı tövsiyə və tapşırıqlar verilib.
Partiyadaxili məsələ bölümündə Məclisin bu il yanvarın 16-da keçiriləcək sessiyasına hazırlıqla bağlı məlumat verilib. Sessiyanın gündəlik layihəsinə təkliflər verilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb və partiyanın müvafiq strukturlarına zəruri tapşırıqlar verilib.
Naxçıvanın Bənənyar kəndində baş vermiş hadisələr, gənc bloggerlərin məhkəməsinin təxirə salınması və digər məsələlərə münasibət bildirilərək bəyanat qəbul edilib.
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin ən önəmli səhifələrindən olan 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı yanvarın 19-u saat 15.00-da partiya qərargahında Şəhidlərin anım mərasiminin keçirilməsi, yanvarın 20-də isə saat 14:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar