Ümidin MSK-dakı nümayəndəsi yekun protokolu imzalamadı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclası dekabrın 23-də keçirilmiş bələdiyyə seçkisinin yekun protokolunun hazırlanmasıyla davam edib. Lent.az-ın xəbərinə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələr üzrə qanunvericiliyə uyğun olaraq 3 aydan sonra seçkilər keçiriləcək.
İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb. Protokola MSK-nın 15 üzvündən 14-ü imza atıb. MSK-da Ümid Partiyasını təmsil edən Akif Qurbanov isə yekun protokolu imzalamaqdan imtina edib.
Bununla da MSK-nın iclası başa çatıb.

682